Hüseyn Bağırov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 23-də saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) müraciət etmələri (əlaqə telefonları: 012-585-06-56, 051-458-73-73, 050-731-47-37) xahiş olunur.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37