Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaş iştirak edib. 

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34