Qeyri-sabit hava şimal-qərb bölgəsində ciddi fəsadlar törədib - VİDEO

Müşahidə olunan qeyri-sabit hava ölkənin şimal-qərb bölgəsində fəsadlar törədib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonları ərazisində hava şəraiti kəskin dəyişib.

Hər üç rayonun ərazisində güclü külək əsib, leysan yağıb və dolu düşüb. Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək nəticəsində irigövdəli ağaclar aşıb.

Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub. Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti mümkün olmayıb.

Aşan ağaclar elektrik təsərrüfatına da ziyan vurub. Nəticədə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Qax rayonunda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38