Göyçayda qanunsuz gil götürülməsi və kol bitkilərinin çıxarılması faktı aşkarlanıb

Göyçayda qanunsuz gil götürülməsi, eyni zamanda ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi, eyni zamanda ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ərazidən 687 m3 həcmində gil kütləsinin götürülməsi və 23 kolun çıxarılmasının “İftixar” kiçik müəssisəsi tərəfindən həyata keçirilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

“Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34