Goranboya güclü dolu düşüb

Goranboy rayonunun Böyrü və ona yaxın kəndlərə dolu düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə dəqiqə yağan dolu meyvə ağaclarına zərər vurub.

Bir neçə avtomobilə ziyan dəyib.

Yağıntılı hava şəraiti səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər

Sabah 39 dərəcə isti olacaq 04 avqust, 2026 / 12:22
Sabah 39 dərəcə isti olacaq 31 iyul, 2026 / 12:16