Gədəbəyə dolu yağıb, təsərrüfatlara ziyan dəyib

Gədəbəy rayonuna dolu düşüb, meyvə bağlarına və təsərrüfatlara ziyan dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisinə diametri 10 millimetrdən çox olan dolu yağıb.

Bir müddət yağan dolu meyvə ağaclarına və təsərrüfatlara ziyan vurub.

Qeyd edək ki, Daşkəsən rayonunda da leysan yağışlar yağıb, bəzi kəndlərə dolu düşüb.

Hazırda Gəncə şəhərində və dağlıq rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37