​Gədəbəyə 5 sm. hündürlüyündə qar yağıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarından başlayaraq respublikanın Gədəbəy rayonu ərazisinə qar yağmağa başlayıb.

Rayonun Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin "Report"a verdiyi məlumata görə, mərkəz və kəndlərə yağan qar rayonun elektrik təsərrüfatı, mavi yanacaq verilişi, eləcə də, ucqar dağ kəndləri ilə əlaqə üçün heç bir maneə törətməyib.

Hazırda rayon ərazisində qarın hündürlüyü təqribən 3-5 sm. təşkil edir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55
Kükü dağına qar yağıb 04 oktyabr, 2026 / 11:43