Gədəbəy və Daşkəsənə qar yağıb - YENİLƏNİB

Daşkəsən rayonuna qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qar əsasən rayonun Əmirvar, Qaraqullar, Qabaqtəpə və Astaf kimi ucqar kəndlərinə yağıb.

Burada qarın hündürlüyü təxminən 5-6 santimetrə çatır.

İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb.

Gədəbəy rayonuna qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.

Qeyd edək ki, rayon mərkəzində qarın hündürlüyü təxminən 10 santimetrə çatır. Rayonun digər ucqar kəndlərində qarın hündürlüyü daha artıqdır.

Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02