Fatma Varank: Türkiyə COP31-in başlanmasına qədər ikinci şəffaflıq hesabatını təqdim edəcək

Türkiyə ikinci ikiillik şəffaflıq hesabatının (BTR) hazırlanmasını başa çatdırmaq üzrədir və onu COP31-in başlanmasına qədər təqdim etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirədə bildirib.

O vurğulayıb ki, birinci BTR üzərində iş Türkiyə tərəfi üçün əhəmiyyətli təcrübə olub, yol verilmiş səhvləri və boşluqları aşkar etməyə, həmçinin yoxlanılmış məlumatlara əsaslanan sistem formalaşdırmağa kömək edib.

"Birinci BTR-i təqdim etdikdən sonra öz səhvlərimizi və müəyyən boşluqları aşkar etdik. Məhz buna görə də biz nəticələri izləməyə və təhlil etməyə imkan verən bir sistem qurduq ki, sonradan qərar qəbul edən şəxslər, siyasətçilər və liderlər bu məlumatlar əsasında verilən qərarların nəticələrini qiymətləndirə bilsinlər", - Varank bildirib.

O qeyd edib ki, Türkiyə ikinci BTR-i də bu sistem əsasında, müxtəlif nazirliklərin və dövlət qurumlarının məlumatlarını birləşdirərək hazırlayır.

Varank vurğulayıb ki, Türkiyə 2053-cü ilə qədər xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyib.

"Bu məqsədə çatmaq üçün bizə bütün nazirliklərin məlumatlarını düzgün təhlil etməyə imkan verəcək sistem üzərində işləməliyik", - o bildirib.

Onun sözlərinə görə, Türkiyə BTR-in hazırlanmasında köməyə ehtiyacı olan ölkələrə texniki dəstək də göstərir.

"Biz istəyirik ki, COP31-ə qədər bütün ölkələr öz hesabatlarını təqdim etsinlər", - o əlavə edib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34