Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA

Azərbaycanda iyunun 6-sı saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Qusarda 24, Qaxda 13, Şirvan və Şamaxıda 10, Qubada 8, Şahdağ, Qobustan və Şəkidə 5, Altıağac, Xaltan, Şabran və Zaqatalada 4, Qəbələ, Neftçala və Balakəndə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göyçay, Oğuz, Daşkəsən, Gədəbəy, Şahbuzda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 18, Aran rayonlarında 20, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınır.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38