Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

"Report" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 24-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı: Sarıbaşda (Qax) 14.0 mm, Qusarda 11.0 mm, Qəbələ, Qubada 5.0 mm, Altıağacda 4.0 mm, Kişçay (Şəki), Göyçayda 2.0 mm, Göygöl, Xaltan, Oğuz, Zaqatala, Qrız, Salyan, Şabranda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Gəncədə 23 m/s, Naftalanda 22 m/s, Tovuz, Bərdədə 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Bakıda iqlim norması daxilində olub, Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvan MR-da 39°-dək isti, dağlıq rayonlarda 23°-dək isti, aran rayonlarında 33°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38