ETSN rəsmisi: “Yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla olmalıdır”

Bakı. 20 fevral. REPORT.AZ/ “İstər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla aqrotexniki qaydalara uyğun həyata keçirilməlidir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yaşıllıqların qorunması üçün vətəndaşlar və bu işlə məşğul olan hər kəs mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çalışmalıdır.

ETSN rəsmisi vətəndaşlara müraciət edib ki, yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər kəs Nazirliyin mütəxəssislərinə müraciət edə bilər.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37