Ekologiya və təbii sərvətlər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Füzuli rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş aprelin 29-da saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Horadiz şəhəri H.Əliyev prospekti) olacaq.

Qəbulda Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 15 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət edə (əlaqə telefonları: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) bilərlər. 

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20