Dörd Xəzəryanı dövlətin ekoloqları “The Caspian House” - Xəzər Evi yaradıblar

Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ekoloji ictimai birliklərini bir araya gətirən “The Caspian House” - Xəzər Evi yaradılıb.

“Report”un məlumatına görə, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin həyata keçirdiyi “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” layihəsi əsasında təşkil edilmiş Xəzər Evi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.

Layihə çərçivəsində Xəzər Evinin virtual məkanı olan https://caspianhouse.org/ portalı, dünyada ilk virtual ekoloji muzey, “Noosfera Nəzəriyyəsindən Dayanıqlı İnkişaf Prinsiplərinə” kitabı, Xəzər dənizinin səviyyəsinin azaldığını göstərən VR texnologiyasını dəstəkləyən 360 videogörüntülər və Xəzərin ekoloji problemlərindən bəhs edən “Xəzəri birgə qoruyaq” videoçarxı hazırlanıb.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər və ekoloqlar iştirak ediblər.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34