Cəlilabadda 70-ə yaxın ağac kəsilib

Cəlilabadda 70-ə yaxın ağac kəsilib.

Bu barədə "Report"un Muğan bürosuna rayonun Qamışlıgöl kənd sakinləri məlumat verib.

Sakinlər bildirib ki, ağaclar son bir neçə gün ərzində kəsilib: "Təxminən 70-ə yaxın ağac kəsiblər. Kəsilən ağaclar əsasən Palıd, yemişan və digər ağaclarıdır. Ümumi ərazi 3 hektara yaxındır".

Məsələ ilə bağlı Ekologiya və təbii sərvətlər nazirliyindən bildirilib ki, fakt araşdırılır və əlavə məlumat veriləcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24