BMT: Ötən il tarixin ən isti ikinci ili olub

Bakı. 19 yanvar. REPORT.AZ/ 2017-ci il tarixin ən isti ikinci ili olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Təşkilatın hesabatında bildirilib ki, ötən il havanın tempraturu ümumi göstəricidən 0,9 dərəcə artıq olub.

Xatırladaq ki, 2016-cı il dünya tarixində ən isti il olub. 

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17