Bəzi rayonlarda hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Yanvarın 14-də şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34