Bəzi rayonlara leysan yağıb

Saat 12:00-a olan məlumata əsasən, ölkənin bir sıra ərazilərində yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Digər xəbərlər

Sabah 39 dərəcə isti olacaq 04 avqust, 2026 / 12:22
Sabah 39 dərəcə isti olacaq 31 iyul, 2026 / 12:16