Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 13-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22