Bakıya 2018-ci ilin ilk qarı yağır

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıya ilin ilk qarı yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, şaxta olmadığına görə qar yerdə qalmır.  

Hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Axşama doğru külək tədricən mülayimləşəcək.

Qeyd edək ki, ETSN bu gün - yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi barədə xəbərdarlıq etmişdi.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37