Bakıda və Abşeron yarımadasında 20 dərəcəyək isti qeydə alınıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatına əsasən bəzi bölgələrdə küləkli hava şəraiti davam edir.

Xidmətdən "Report"a verilən xəbərə görə, hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28 m/s, Daşkəsəndə 25 m/s, Qobustanda 22 m/s, Altıağacda 19 m/s, Gədəbəy və İsmayıllıda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 21, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55