Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Bakı Zooloji Parkında nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin iki balası dünyaya gəlib.

Bu barədə "Report"a İDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd edək ki, Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı siyahı"sına və Rusiyanın "Qırmızı Kitab"ına daxil edilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24