Bakı və iki rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə, “Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib.

Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib. Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34