"Azəryaşlandşaft" ASC-nin sədri: "Bu il 16 500 zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb"

Bakı. 18 may. REPORT.AZ/ "2018-ci ilin 4 ayı ərzində 35 hektar ərazidə 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb".

"Report" xəbər verir ki, bunu "Azəryaşlandşaft" ASC-nin sədri Ramik Əşrəfov nazirlikdə keçirilən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və cəmiyyət tərəfindən salınan yaşıllıqlar mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilir: "Son illər xaricdən ting və toxum almırıq".

R.Əşrəfov qeyd edib ki, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur: "Hazırda tinglik sahələrində 2 535 870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921 000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub".

O xatırladıb ki, 2008-ci ildən bu günədək ölkənin magistral avtomobil yollarının ətrafında 4443 hektar ərzində 5 439 580 ədəd müxtəlif cinsli ağac əkilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24