Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi, gələcək əməkdaşlıq müzakirə olunub

BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən Su konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqt) Baş direktorunun müavini xanım Daniels Uqoçi ilə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə su ehtiyatlarının azalması, səmərəli idarə edilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizə, erkən xəbərdarlıq və müasir müşahidə sistemlərinin vacibliyi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə D.Uqoçi ötən il Zəngilan rayonunun Ağalı kəndində "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə diqqət çəkib. O, xüsusilə regionda su məsələləri üzrə gələcək əməkdaşlığın formalaşması istiqamətində görülən işlərdən bəhs edib və qəbul olunan qərarların vacibliyini vurğulayıb.

D.Uqoçi, həmçinin bu il Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında keçirilən "İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr" haqqında da müsbət fikirlərini bildirib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34