Azərbaycanda yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA

Azərbaycan ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 26-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, Quba, Qusar, Tərtər, Göyçay, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38