Azərbaycanda ov mövsümünün başa çatacağı tarix açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ "Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, 2018-2019-cu il üzrə ov mövsümü 2018-ci il mayın 26-da elan olunub: "Builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir". Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.

H.Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də diqqətə çatdırıb.

O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirilməsinə də ehtiyac olduğunu vurğulayıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20