Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 19-da hava şəraiti sabit keçəcək: "Gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-u axşam və 20-də bəzi yerlədə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir. Şaxta, soyuq davam edəcək".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24