Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ “Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, fevralın 15-16-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərazində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə zəif duman olacağı istisna olunmur".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24