Yağıntılı hava aprelin 9-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 6-sı səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, küləyin maksimal sürəti Bakı, Xaçmaz və Sumqayıtda 22 m/s, Binə, Ələtdə 20 m/s, Zabrat, Maştağada 18 m/s, Pirallahıda 15 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Küləkli hava şəraiti aprelin 7-si səhərədək davam edəcək.

Sarıbaş (Qax), Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Biləsuvar və Kişçayda (Şəki) yağış yağıb.

Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34