Azərbaycanda meşələrdəki heyvanlar ilk dəfə aviasiya vasitəsi ilə peyvəndlənib

"Bu il Azərbaycanda region ölkələri arasında ilk dəfə aviasiya vasitəsindən istifadə edilməklə meşə massivində vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün keçirilən Regional Seminarda deyib.

Sədr müavininin sözlərinə görə, bu tədbir davam etdiriləcək: "Həmçinin, tədbirin regional effektinin təmin olunması üçün Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə uyğunlaşdırılmış şəkildə eyni strategiyanın həyata keçirilməsinə dair müzakirələr aparılır".

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38