Azərbaycanda həftənin ilk günü əsasən yağmursuz olacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Dekabrın 29-da ölkə ərazisində hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər saatlarında duman olacağı gözlənilir.

Temperaturun gecə 5 dərəcə şaxtadan 5 dərəcə istiyədək, gündüz 5-15 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58