Azərbaycan və Türkiyə ekoloji əməkdaşlığın perspektivlərini müzakirə edib

Türkiyə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub, Cəbrayıl rayonunda həyata keçirilən "Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik" layihəsi çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02