Azərbaycan 7-ci Dünya Su Forumunda təmsil olunub

Bakı. 12 aprel. REPORT.AZ/ Koreya Respublikasının Dequ və Gyenju şəhərlərində 7-ci Dünya Su Forumu keçirilir. "Report" AZƏRTACa istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Dünya Su Şurasının təşkilatçılığı ilə hər üç ildən bir keçirilən forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası müzakirəsi üçün platforma xarakteri daşıyır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti forumun plenar iclasında, dəyirmi masalarda və müxtəlif bölmə iclaslarında iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55