Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib

Azərbaycanda utilizasiyaya verilən avtomobilərin köhnəsi 1948-ci ilin, ən yenisi isə 2025-ci il istehsalı olub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olun mediatur çərçivəsində deyilib.

Qeyd edilib ki, 2025-ci il istehsalı olan 5 ədəd avtomobil utilizasiyaya təhvil verilib. Onlar qəzaya düşən və yaxud yanmış maşınlar olanlar olub.

Həmçinin bildirilib ki, 1969-cu ilə qədər istehsal olunan 110, 1970-1979 arasında istehsal olunan 4154, 1980-1989-cu illər arasında istehsal olunan 11995, 1990-1999-cu illər arasında istehsal olunan 9715, 2000-2009-cu illər arasında istehsal olunan 3226, 2010-2019-cu illər arasında istehsal olunan 751, 2020-2025-ci illər arasında isə istehsal olunan 49 avtomobil utilizasiyaya verilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38