Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi artıb

Araz çayının İmişli rayonundan keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.

"Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı Bəhrəmtəpə hidroqovşağında suyun səviyyəsinin nizamlanması üçün işlər aparılır.

Belə ki, intensiv yağıntılarla əlaqədar olaraq ötən gün axşam saatlarından etibarən çayda suyun səviyyəsi artmağa başlayıb. Araz çayında bu gün suyun axımı saniyədə 400 kubmetrə yaxınlaşıb. Hər hansı bir təhlükənin qarşısını almaq üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işləri görülüb.

Hazırda çayın İmişlidən keçən hissəsində suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38