Altıağac Milli parkında yanğın başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Digər xəbərlər

Sabah 33 dərəcə isti olacaq 12 sentyabr, 2026 / 12:22
Sabah Bakıda 28 dərəcə isti olacaq 10 sentyabr, 2026 / 12:26