Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38