ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Şərqi kuquar (puma) Amerikanın vəhşi heyvanların federal siyahısından çıxarılaraq nəsli kəsilmiş hesab edilib.

“Report” xəbər verir ki, müvafiq qərar ABŞ hökumətinin gündəlik jurnalında dərc olunub.

Şərqi kuquar əldə edilən elmi və kommersiya məlumatları əsasında nəsli kəsilmiş hesab edilib. Bildirilir ki, 1938-ci ildən bu günə qədər aparılan müşahidələr nəticəsində bu yarımnövün tək nümayəndələrinin və ya populyasiyasının mövcudluğuna sübut tapılmayıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17