Xalq şairi Musa Yaqub: "Səhhətim normaldır"

"Hazırda səhhətim normaldır, evdəyəm".

Bunu "Report"a açıqlamasında Xalq şairi Musa Yaqub deyib.

O bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "Mən İsmayıllı rayonunun Buynuz kəndindəki evimdəyəm. Müalicələrim davam edir. Evdə müalicə alıram".

Qeyd edək ki, M.Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.

Digər xəbərlər