Tənqidçi alim İradə Musayeva vəfat edib

Filologiya üzrə elmlər doktoru, dosent İradə Musayeva vəfat edib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

O bir müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir sıra monoqrafiya, onlarla elmi məqalə və tədris metodik vəsaitlərin, proqramların müəllifi olub.

Digər xəbərlər

Şair Arif Buzovnalı vəfat edib 22 noyabr, 2025 / 10:28