Tanınmış ispaniyalı şair dünyasını dəyişib

Kataloniyalı şair Joan Marqarit 82 yaşında vəfat edib.

“Report” “Europa Press” agentliyinə istinadən xəbər verir ki, yazıçı İspaniyanın Kataloniya muxtar vilayətinin San-Just-Desvern yaşayış məntəqəsində ölüb.

Məlumata görə, bir il öncə J.Marqaritdə ciddi xəstəlik aşkarlanmışdı.

Joan Marqarit 1938-ci ildə Kataloniyanın Sanauja bələdiyyəsində anadan olub. Çoxsaylı mükafatların sahibidir. 2019-cu ildə şair İspaniyanın iber-amerikan poeziyası üzrə Kraliça Sofiya mükafatına və nüfuzlu Migel de Servantes mükafatına layiq görülüb.

Digər xəbərlər

Şair Arif Buzovnalı vəfat edib 22 noyabr, 2025 / 10:28