“Qazax mahalının şairləri” adlı almanaxın təqdimatı olub

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyi "AybKitab” layihəsi çərçivəsində “Qazax mahalının şairləri” adlı almanaxın təqdimatını keçirib.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Qazax rayon Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, AYB-nin Qazax zona filialının sədri Barat Vüsal, “AybKitab” layihəsinin müəllifi Xəyal Rza və başqaları çıxış ediblər.

Qazaxlı şairlər “Qazax mahalının şairləri” adlı almanaxın təqdim edilməsinin əhəmiyyətindən, zəruriliyindən danışıblar. 

Digər xəbərlər