Leyla Əliyevanın kitabı Ukraynada nəşr olundu

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

"Report"un xəbərinə görə, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrayna dilinə tərcüməçi – tanınmış Ukrayna şairi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Xəbər lenti

Şamaxıda zəlzələ olub 15 may, 2025 / 03:55