Vaqif Poeziya Günləri Azərbaycanın ən köklü mədəni ənənələrindən biridir.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı"nda açılış nitqi zamanı deyib.
Onun sözlərinə görə, Vaqif Poeziya Günlərinin formatı ildən-ilə genişlənir:
"Bu il həmin genişlənmələrdən biri də məhz Türk dünyası şairlərinin festivalının təşkili ilə əlaqədardır".
Fərid Cəfərov eyni zamanda uzun müddətli fasilədən sonra Vaqif Poeziya Günlərinin yenidən ənənəvi formatda bərpa edilməsini qeyri-maddi mədəni irsin qorunmasına göstərilən diqqətin nəticəsi olaraq dəyərləndirib:
"Builki festivala Türk dünyasından gələn qonaqların və gənc istedadlı şairlərin qatılmasından çox məmnunuq".