Bakı. 4 mart. REPORT.AZ/ Rusiya iqtisadiyyatı yenidən artım dövrünə qədəm qoyub və bu il ölkədə 1-2% iqtisadi artım olacaq.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, hökumətin 2025-ci ilə qədər reallaşdıracağı plan çərçivəsində isə iqtisadiyyatın artım tempi tədricən 3%-i üstələyəcək. Buna isə 2019-2020-ci illərdə nail olunacağı gözlənilir.