Bakı. 25 yanvar.REPORT.AZ/ Qazaxıstan məhkəməsinin Müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının (KNPRK) qeydiyyatını ləğv etməsi təşkilatın iki rəhbər şəxsinin həbsinə, həmçinin ölkənin qərbində neftçilərin aclıq aksiyasına səbəb olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu il yanvarın 4-də Cənubi Şimkent şəhər iqtisad məhkəməsi fevraldan etibarən KNPRK-nin bağlanmasına dair qərar qəbul edib. Buna səbəb filialların ölkənin 16 regionundan ən azı 9-da yenidən qeydiyyatdan keçirilməsidir.
Məsul şəxs Amin Yeleusinov və sədr müavini Nurbek Kushakbaev tətil çağırışlarına görə həbs olunublar.