Çinin neft emalı zavodunda partlayış baş verib, 5 nəfər həlak olub

Bakı. 3 aprel.REPORT.AZ/ Çinin şərqindəki Anxoy əyalətində yerləşən “Wanhua” şirkətinə məxsus neft emalı zavodunun anbarında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb. Yaralılardan 2-si xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri araşadırılır.

Digər xəbərlər