DÇ-2022: Mərakeş - Xorvatiya oyununda qalib müəyyənləşməyib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.

"Report"un məlumatına görə, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər