Vatikanın xarici işlər naziri Allahşükür Paşazadə ilə görüşəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin rəhbərlik etdiyi nümayəndə heyəti sabah, fevralın 10-da Azərbaycana rəsmi səfərə gələcək.

“Report”un məlumatına görə, səfər çərçivəsində Vatikanın XİN başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcək.

Qeyd edək ki, səfərin məqsədi fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasimdə iştirak etməkdir. 

Digər xəbərlər